logo

Rusiya, Türkiyə, İran və Suriya XİN başçılarının müavinləri Moskvada görüşəcəklər

13:53 14-03-2023 | icon 2100
Rusiya, Türkiyə, İran və Suriya XİN başçılarının müavinləri Moskvada görüşəcəklər

Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirlərinin müavinləri martın 15-16-da Moskvada görüş keçirəcəklər.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya XİN başçısının müavini Mixail Boqdanov məlumat verib. Onun sözlərinə görə, hazırda görüşlə bağlı hazırlıq işləri aparılır.

Xatırladaq ki, Rusiya, Türkiyə və İranın daxil olduğu “Astana üçlüyü” 2017-ci ildə Suriyada hərbi münaqişənin nizama salınması məqsədilə yaradılıb.