Martın 13-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 951 min 443, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 405 min 069, ikinci mərhələ üzrə 4 milyon 879 min 493, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 401 min 118, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 763-dür.