logo

Bakıda yaşayış binasındakı yanğına görə sakinlər təxliyyə olundu

22:39 15-08-2018 | icon 3563
Bakıda yaşayış binasındakı yanğına görə sakinlər təxliyyə olundu

Bakıda yaşayış binasında yanğın olub.

YeniAvropa xəbər verir  ki, hadisə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 42 ünvanında qeydə alınıb.Beşmərtəbəli binanın birinci mərtəbəsində çıxan yanğın zamanı ikiotaqlı ev əşyaları ilə birgə yanıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Binanın sakinləri təxliyyə edilib.

Yanğın baş verən evdə heç kəs olmadığından FHN əməkdaşları qapını və pəncərənin dəmir barmaqlıqlarını xüsusi alətlərlə kəsərək evə daxil olublar. Yanğının digər evlərə keçməsinin qarşısı alınıb.("Report")