logo

Qəbələdə bağ sahəsində başlayan yanğın meşə ərazisinə keçib

14:58 13-03-2023 | icon 973
Qəbələdə bağ sahəsində başlayan yanğın meşə ərazisinə keçib

Bu gün Qəbələ rayonunun Nohurqışlaq kəndi yaxınlığında meşə ərazisindəki kolluq sahədə yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova YeniAvropa-ya bildirib ki, ilkin ehtimala görə, yanğın həmin kənddə vətəndaşın bağ sahəsində xəzəlləri yandırması nəticəsində başlayıb, sonradan meşə ərazisinə keçib: “Hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür”.

İ.İbrahimova yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, odla ehtiyatlı davranmağa, yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.