logo

Abşeronda fəhlə dəzgahdan yıxılaraq ölüb

10:51 13-03-2023 | icon 861
Abşeronda fəhlə dəzgahdan yıxılaraq ölüb

Martın 11-i saat 03 radələrində Abşeron rayonu ərazisində yerləşən kərpic zavodlarının birində fəhlə işləyən 1995-ci il təvəllüdlü Elşən Babayevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan YeniAvropa-ya bildirilib  ki, araşdırmalarla Elşən Babayevin zavodda quraşdırılmış dəzgaha yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

İş üzrə istintaq davam etdirilir.