logo

Axtarışda olan qadın mağazadan oğurluq edib

13:33 10-03-2023 | icon 1204
Axtarışda olan qadın mağazadan oğurluq edib

Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə martın 4-də rayon ərazisindəki mağazaların birindən 1195 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, oğurluq əməlində şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə də axtarışda olan paytaxt sakini Səbinə Ağayeva polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun Yasamal rayonu ərazisindəki mağazaların birində satıcının mobil telefonunu oğurlaması da məlum olub.

Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən marketlərdən birinin anbarındakı seyfdən 11 min 200 manatın qeyri-aşkar şəraitdə oğurlanması barədə də polisə məlumat daxil olub.

Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Fizuli Əliyev Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb.

Hər iki fakt üzrə araşdırma aparılır.