logo

Gürcüstan parlamentinin binası qarşısında aksiya keçirilir

11:33 10-03-2023 | icon 2198
Gürcüstan parlamentinin binası qarşısında aksiya keçirilir

Gürcüstan parlamentinin binası qarşısında aksiya keçirilir.

YeniAvropa “Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, etirazçılar parlamentin binası önünə toplaşıblar.

Hazırda qanunverici orqanda deputatlar “Xarici agentlər haqqında” qanun layihəsini müzakirə edirlər. Məlumata görə, qanun layihəsi ikinci oxunuşda da keçməyib. 1 nəfər layihənin lehinə, 35 nəfər əleyhinə səs verib, 58 parlamentari isə bitərəf qalıb.

Xatırladaq ki, martın 7-də axşam saatlarında “Xarici agentlər haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edildikdən sonra Gürcüstan parlamentinin binası yaxınlığında etirazçılarla Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin hərbçiləri arasında toqquşma baş verib. Polis etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib, buna cavab olaraq etirazçılar onlara və parlament binasına molotov kokteyli və daş atmağa başlayıb, həmçinin barrikadalar qurub.

Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsi Rusiya qanununun analoqu adlanır. Onun qəbulunu hakim “Gürcü arzusu” partiyası dəstəkləyir.

Gürcüstan prezidenti Salome Zurabişvili qanuna veto qoyacağını vəd edərək etirazçıları dəstəkləyib. Ardınca hakim partiya qanun layihələrini parlamentdən geri götürdüyünü açıqlayıb.