logo

Yaxın günlərdə Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir

11:11 10-03-2023 | icon 1162
Yaxın günlərdə Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir

Yaxın günlərdə Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir.

YeniAvropa xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli BDU-da tələbələrlə keçirilən görüşdə söyləyib.

O bildirib ki, mütəmadi şəkildə müxtəlif maqnitudada yeraltı təkanlar qeydə alınır və bu, qorxulu deyil.

"Ölkəmiz seysmik zonada yerləşir. Xəzər dənizi, Böyük Qafqazın cənub yamacı, Şamaxı, İsmayıllı, Quba-Xaçmaz və digər ərazilər aktiv zonada yerləşir",-deyə o vurğulayıb.