logo

Balakəndə 5 gün əvvəl itkin düşmüş şəxsin cəsədi meşədən tapıldı

17:28 15-08-2018 | icon 3801
Balakəndə 5 gün əvvəl itkin düşmüş şəxsin cəsədi meşədən tapıldı

Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun axtarışları başa çatıb. S.Ramazanovun cəsədi meşəlik ərazidə aşkar olunub.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya  bildiriblər ki, axtarış tədbirlərinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və müvafiq texnikası, Şimal-qərb Regional Mərkəzinin xilasediciləri, Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb edilib.

Axtarışlar Süleyman Ramazanovun itkin düşdüyü ehtimal olunan ərazidəki su hövzəsində, çayətrafı və ora yaxın ərazilərdə həyata keçirilib.