logo

Qazaxıstanın sabiq müdafiə naziri 12 illlik həbs edib

11:33 09-03-2023 | icon 2135
Qazaxıstanın sabiq müdafiə naziri 12 illlik həbs edib

Qazaxıstan hərbi məhkəməsi respublikanın sabiq müdafiə naziri Murat Bektanovu 12 il həbs cəzasına məhkum edib.

YeniAvropa Qazaxıstan mediasına istinadla xəbər verir ki, sabiq nazir 2022-ci ildə baş verən iğtişaşlar zamanı fəaliyyətsizlikdə ittiham olunur.

Ötən il yanvarın 11-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yeni hökumətin tərkibini təsdiq edən zaman Murat Bektanov öz postunu qoruya bilsə də, yanvarın 19-da dövlət başçısının əmri ilə vəzifədən uzaqlaşdırılıb. 2022-ci il fevralın 22-də məhkəmə yanvar hadisələri zamanı fəaliyyətsizlikdə şübhəli bilinən nazirin həbsinə sanksiya verib.

Xatırladaq ki, ötən il yanvar ayının əvvəlində Qazaxıstanda kütləvi iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları baş verib. Aksiya iştirakçıları və güc strukturları arasında toqquşmalar olub. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev etirazçıları dövlət çevrilişinə cəhddə günahlandırıb və kömək üçün KTMT-yə müraciət edib. Yanvarın 7-də vəziyyət tədricən sabitləşməyə başlayıb və yanvarın 19-da ölkə ərazisində fövqəladə vəziyyət rejimi ləğv olunub. Hakimiyyət orqanlarının məlumatına görə, iğtişaşlar nəticəsində 238 nəfər həlak olub, 4 mindən çox insan isə yaralanıb.