logo

NATO “Şimal axını” kəmərlərini kimin partlatdığını bilmir

15:15 08-03-2023 | icon 2149
NATO “Şimal axını” kəmərlərini kimin partlatdığını bilmir

Şimali Atlantika Alyansı “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin kim tərəfindən partlatdığını bilmir. Lakin bu təxribat göstərir ki, mühüm sualtı infrastrukturun qorunması vacibdir.

 YeniAvropa xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrin müdafiə nazirlərinin qeyri-rəsmi görüşünə gələrkən jurnalistlərə bildirib.

"Biz bilirik ki, "Şimal axını" boru kəmərlərinə hücum olub, diversiya aktı törədilib, lakin bunun arxasında kimin dayandığını müəyyənləşdirə bilməmişik”, - Yens Stoltenberq jurnalistlərin "The New York Times" və "Die Zeit" qəzetlərinin son məqalələri ilə bağlı sualı cavablandırarkən belə deyib. Həmin nəşrlərin versiyasına görə, təxribatı hansısa “ukraynapərəst qrup” törədə bilərdi.

Xatırladaq ki, Ukrayna tərəfi bu versiyanı təkzib edib.