logo

"Koroğlu" metrostansiyasında yaşlı kişi dünyasını dəyişib

15:55 07-03-2023 | icon 1750
"Koroğlu" metrostansiyasında yaşlı kişi dünyasını dəyişib

Bu gün saat 15:40-da "Bakı Metropoliteni" QSC-nin "Koroğlu" stansiyasında yaşlı kişi sərnişin dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki, bu barədə "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, sərnişin özünü pis hiss etdiyi üçün dərhal təcili tibbi yardım çağırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb: "Təəssüf ki, təcili yardıma məlumat verildikdən az sonra sərnişin vəfat edib.