logo

Rusiya son sutkada Ukraynada 1060-dan çox hərbçisini itirib

12:02 07-03-2023 | icon 1757
Rusiya son sutkada Ukraynada 1060-dan çox hərbçisini itirib

Rusiya ordusu son sutkada Ukraynada 1060-dan çox hərbçi itirib.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibə başlayandan bəri Rusiya ordusunun Ukraynadakı canlı qüvvə itkilərinin sayı 154 830 nəfərə çatıb.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 432 tank, 6714 zirehli maşın, 2095 operativ-taktiki PUA, 488 reaktiv yaylım atəşi sistemi, 2 456 artilleriya sistemi, 253 hava hücumundan müdafiə sistemi, 303 təyyarə, 289 helikopter, 5323 avtomobil və tanker, 236 xüsusi texnikadan ibarətdir.