logo

Güclü külək Quba və Qusar rayonunda bir sıra fəsadlar törədib

16:16 06-03-2023 | icon 1106
Güclü külək Quba və Qusar rayonunda bir sıra fəsadlar törədib

Martın 6-sı günorta saatlarından əsməyə başlayan güclü külək Quba və Qusar rayonunda bir sıra fəsadlar törədib.

YeniAvropa xəbər verir ki, külək rayonların elektrik təsərrüfatına ziyan vurub. Quba və Qusar rayonları ərazisində elektrik xətlərinin qırılması nəticəsində bəzi küçə və kəndlərə enerjinin verilişində fasilələr yaranıb. Bəzi ərazilərdə bir neçə ağac kökündən qoparaq aşıb.

Müvafiq icra strukturları tərəfindən fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.