logo

Laçın-Xankəndi yolundan bu gün artıq 69 avtomobil maneəsiz keçib

16:06 06-03-2023 | icon 1113
Laçın-Xankəndi yolundan bu gün artıq 69 avtomobil maneəsiz keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

YeniAvropa xəbər verir ki, ekoaktivistlərin toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. 

Belə ki, həmin yük avtomobilləri Xankəndindən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

Bununla da bu gün saat 15-00 radələrinə olan məlumata görə, Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 69-a çatıb.