logo

İşğaldan azad edilən ərazilərdə 6 radio-televiziya stansiyası quraşdırılıb

11:33 06-03-2023 | icon 1330
İşğaldan azad edilən ərazilərdə 6 radio-televiziya stansiyası quraşdırılıb

İşğaldan azad edilən ərazilərdə 6 ədəd radio televiziya stansiyası qurulub.

YeniAvropa xəbər verir ki, bu sözləri Füzuli Beynəlxalq Hava Limanında keçirilən işğaldan azad edilən ərazilərin bərpası üzrə işçi qrupunun iclasında nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rəhman Hümbətov deyib.

O bildirib ki, bu stansiyalar vasitəsi ilə hazırda 11 televiziya və 6 radionun yayımı həyata keçirilir.

R.Hümbətov nəzərə çatdırıb ki, işğaldan azad edilən ərazilərdə 203 mobil baza stansiyası da quraşdırılıb.