logo

Elm Fondu gənc alim üçün qrant müsabiqəsi elan edib

15:15 03-03-2023 | icon 4032
Elm Fondu gənc alim üçün qrant müsabiqəsi elan edib

Azərbaycan Elm Fondu (AEF) gənc alim və tədqiqatçıların 7-ci qrant müsabiqəsini elan edir.

AEF-dən YeniAvropa-ya bildirilib ki, bütün elm sahələri üzrə gənc tədqiqatçıların müraciət etməsi imkanlarının təqdim olunduğu bu müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu elektron qaydada – “Qrant layihələrinin elektron idarə olunması sistemi” (e-QRANT) ilə martın 6-dan aprelin 28-dək aparılacaq.

Elektron-hökumət prinsipləri əsasında qurulmuş bu sistem “ASAN imza”dan istifadəni də nəzərdə tutur. “ASAN imza”nı həm layihə rəhbəri, həm də layihədə iştirakı nəzərdə tutulmuş bütün iştirakçılar əldə etməli, bu şəxslərin hamısı qeydiyyatdan keçməli və “virtual şəxsi kabinet”lərini formalaşdırmalıdırlar.

Müsabiqəyə təqdim olunduğu gündən etibarən layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə onlayn məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat fondun internet səhifəsində dərc olunacaq.