Laçın-Xankəndi yolunda etiraz aksiyasının 81-ci günü
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 81 gündür davam edir.
YeniAvropa xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
Azərbaycan nefti 101,16 dollara satılır
Azərbaycanın Yeni Nəsil İqtisadiyyatı Strategiyası hazırlanır
Qənirə Paşayevanın son durumu açıqlanıb
Xocavənddə terror aktını törədənlər saxlanılıb
Azərbaycanın güləş millisi komanda hesabında dünya çempionu olub
DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib
Rəşad Həsənov Beynəlxalq Valyuta Fondunda yüksək vəzifəyə təyin olunub
Bakıda avtobusla "OPEL" toqquşub, iki nəfər ölüb
Mərkəzi Bank dövriyəyə yenilənmiş 5 qəpiklik buraxıb
Füzulidə ər arvadını öldürüb
Azərbaycan para-atleti dünya çempionatında qızıl medal qazanıb
Xankəndi şəhərində Azərbaycan işığı yanır
Qarabağda silah-sursatın müsadirəsi davam edir
Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub-TƏBİB
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
Deputat Qənirə Paşayeva xəstəxanaya yerləşdirilib
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib
Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək-DİN
Sabah Bakıda yağış yağacaq,26° isti olacaq
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
Parataekvondoçumuz dünya çempionu olub
Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib
Tbilisidə 4,7 ballıq zəlzələ olub
Ərdəbildə İƏT ölkələri turizm nəzirlərinin görüşü keçiriləcək