logo

Sabah Bakıda 15° isti olacaq

14:24 01-03-2023 | icon 1050
Sabah Bakıda 15° isti olacaq

Azərbaycanda martın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə bəzi yerlərdə duman olacaq. Axşam Abşeron yarımadasının şimalında az çiskinli hava müşahidə ediləcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi gecə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət isə 65-75 faiz olacaq.

Azərbaycanın əsasən şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.