logo

İran tərəfinə çoxlu suallarımız var-Baş prokuror

12:11 01-03-2023 | icon 1232
İran tərəfinə çoxlu suallarımız var-Baş prokuror

Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunun istintaqı ilə bağlı İran tərəfinə çoxlu suallarımız var.

YeniAvropa xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, bizim üçün bir sıra qaranlıq məqamlar var: “Bu şəxsin yarım saatdan artıq müddətdə bizim diplomatik korpusa silahlı basqın etməsi və buna qarşı təhlükəsizlik orqanları tərəfindən heç bir tədbir görülməməsi, avtomatı necə əldə etməsi qaranlıq qalır. Onun iki odlu silahı olub. İran mətbuatında xəbər yayılıb ki, həmin şəxs psixiatriya xəstəxanasına yerləşdirilib. İşin halları da göstərir ki, bu təşkil olunub. Cinayətin iştirakçıları, sifarişçiləri və icraçıları məsuliyyətə cəlb olunmalıdırlar. Biz bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə İran tərəfinə hüquqi yardım haqqında vəsatət hazırlayırıq. Zəruri olsa, bizim Prokurorluq və DTX əməkdaşları İrana ezam olunacaqlar”.