logo

Marketin qarşısından ödəmə terminalı oğurlanıb

11:11 28-02-2023 | icon 833
Marketin qarşısından ödəmə terminalı oğurlanıb

Suraxanı rayonunda ödəmə terminalı oğurlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinin qarşısından içərisində 5 min 926 manat pul olan ödəmə terminalının oğurlanması barədə məlumat daxil olub.

Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Sanel Nəsirov və Sərxan Şıxıyev polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.

Araşdırma aparılır.