logo

Azərbaycanda 800-dən çox məktəb qəzalı vəziyyətdədir

20:50 27-02-2023 | icon 3773
Azərbaycanda 800-dən çox məktəb qəzalı vəziyyətdədir

Azərbaycanda 800-dən çox məktəb qəzalı vəziyyətdədir.

YeniAvropa xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bu qədər məktəbi birdən-birə təmir etmək mümkün deyil:" Təmir və ya məktəb inşası işləri mərhələli şəkildə aparılır. İlk olaraq ən böyük və daha pis vəziyyətdə olan məktəblərin bərpası plana salınır”.

Nazir daha sonra qeyd edib ki hazırda ölkədə hər 4 məktəbdən biri təmirlidir: "Bu da müsbət haldır”.