logo

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

12:12 27-02-2023 | icon 910
DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bakıda və Abşeron yarımadasında, Sabirabad, Salyan, Neftçala, Biləsuvar rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb. Bu da sürücülərə ciddi çətinliklər yaradır.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən YeniAvropa-ya bildirilib ki, qeyd olunanları nəzərə alaraq bütün sürücülərdən sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.