Sumqayıtda avtobus sürücüsü sükan arxasında ürək tutmasından keçinib.
YeniAvropa xəbər verir ki,hadisə Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Belə ki, şəhərdə fəaliyyət göstərən müəssisələrdən birinin avtobusunun sürücüsü - 1961-ci il təvəllüdlü Xəlil Cavadov nəqliyyat vasitəsi hərəkətdə olarkən ürəktutmasından ölüb.
Avtobusda sürücü tək olub. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.