logo

30 il sonra Zəngilan rayonunda ilk körpə dünyaya gəlib

10:50 23-02-2023 | icon 4445
30 il sonra Zəngilan rayonunda ilk körpə dünyaya gəlib

Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra ilk körpə dünyaya gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra 2023-cü il fevralın 15-də anadan olmuş ilk körpə Zeynallı Turan Teymur oğlunun doğumu ötən gün valideynləri hər hansı quruma getmədən Ədliyyə Nazirliyinin müasir innovativ “Mobil əhali” tətbiqi vasitəsilə dövlət qeydiyyatına alınıb. Doğum haqqında elektron şəhadətnamə onların şəxsi kabinetində yerləşdirilməklə təqdim olunub.