logo

“Qarabağ” ilə cavab matçında daha yaxşı oynamalıyıq-Baş məşqçi

21:20 22-02-2023 | icon 1869
“Qarabağ” ilə cavab matçında daha yaxşı oynamalıyıq-Baş məşqçi

Növbəti mərhələyə yüksəlmək istəyiriksə, zərbələr zamanı daha dəqiq olmalıyıq.

YeniAvropa xəbər verir ki, bunu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubunu qəbul edəcək Belçikanın “Gent” komandasının baş məşqçisi Heyn Vanhazebruk fevralın 22-də təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, Bakıdakı ilk matçda çərçivəyə dəqiq zərbələri olmayıb. Bu, o qədər də yaxşı deyil. Çərçivəyə düşə bilmirsənsə, qol olmayacaq. Rəqib bizdən 2 dəfə çox qol epizodu yaratdı. Cavab oyununda daha yaxşı oynamalıyıq. Bunun keyfiyyətlə əlaqəsi var. Demirəm ki, bizdə bu amil çatmır. Sadəcə, fürsət düşəndə istifadə etməlisən. "Qarabağ"a bu keyfiyyətə sahib olduğumuzu göstərməli və heç olmasa, onların qapıçısını işləməyə məcbur etməliyik.

Qeyd edək ki, "Gelamko Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıda keçirilən ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib.