logo

Həkəri çayına balıq körpələri buraxılıb

12:52 22-02-2023 | icon 1141
Həkəri çayına balıq körpələri buraxılıb

Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunmasına və su hövzələrində bioresursların bərpasına töhfə vermək məqsədilə Laçın rayonu ərazisində Həkəri çayına balıq körpələri buraxılıb.

YeniAvropa xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin iştirakı ilə çaya balıqartırma zavodlarında yetişdirilən 1500 qızılxallı forel körpəsi buraxılıb.

Nazirliyin nümayəndəsi Elşad Əhmədov bildirib ki, bu cür tədbirlərdə məqsəd su hövzələrində balıqların təbii populyasiyasına şərait yaratmaqdır. O qeyd edib ki, ötən il bu məqsədlə 5 milyon 500 min balıq körpəsi təbii su hövzələrinə buraxılıb. Bu il bu rəqəmin 6 milyona çatdırılması nəzərdə tutulur.