logo

Baş Prokurorluq vətəndaşın pulunun ələ keçirilməsi məsələsinə münasibət bildirib

17:27 20-02-2023 | icon 987
Baş Prokurorluq vətəndaşın pulunun ələ keçirilməsi məsələsinə münasibət bildirib

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən vətəndaş Samir Abbaslının pulunun ələ keçirilməsinə dair qeyri-obyektiv araşdırma aparılması ilə bağlı məlumatlar paylaşılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Samir Abbaslı (sifarişçi) mülkiyyətində olan mənzildə təmir işlərinin aparılması üçün Ruslan Nəbiyevlə (podratçı) podrat müqaviləsi bağlayaraq 15 min 500 manat pul ödəyib, lakin podratçı mənzildə təmir işlərini tamamlamadığına görə barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.

Araşdırma zamanı Samir Abbaslının müraciətinin mülki xarakterli olması müəyyənləşdirildiyindən toplanan material üzrə cinayət işinin başlanması rədd edilib və ona mülki qaydada məhkəməyə şikayət etmək hüququ izah olunub.

Bundan başqa, eyni fakt üzrə Göyçay rayon Məhkəməsində mülki işə baxılıb, vurulan ziyanla bağlı ümumilikdə 15 min 500 manat pulun Ruslan Nəbiyev tərəfindən geri qaytarılması barədə qətnamə qəbul edilib.