logo

Yanvarda ölkə üzrə 675 kq  narkotika dövriyyədən çıxarılıb 

10:54 20-02-2023 | icon 980
Yanvarda ölkə üzrə 675 kq  narkotika dövriyyədən çıxarılıb 

Сari ilin yanvar ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1050 cinayət faktı aşkarlanıb. Onlardan 352-si narkotik vasitələrin qanunsuz satışı, 684-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 8-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 674 kiloqram 760,289 qram narkotik vasitələrin və psixotrop maddələrin 218 kiloqram 743,7 qramını heroin, 391 kiloqram 912,157 qramını marixuana, 12 kiloqram 629,341 qramını tiryək, 32 kiloqram 320,25 qramını həşiş, 18 kiloqram 944,491 qramını psixotrop maddələr, 210,35 qramını isə digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 8970 ədəd həb metadon, çəkisi 1 kiloqram 400 qram olan 28 ədəd çətənə bitkisi, eləcə də 194,4 qram və 1540 ədəd kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 631 nəfər cəlb edilib ki, onlardan da 39 nəfəri 18-25 yaşadək gənclər olub.