logo

Bakıda batut gimnastikası üzrə dünya kuboku yarışları davam edir

12:48 19-02-2023 | icon 1645
Bakıda batut gimnastikası üzrə dünya kuboku yarışları davam edir

Bakıda batut gimnastikası üzrə dünya kuboku yarışları davam edir.

YeniAvropa xəbər verir ki, turnirin ikinci günündə kişi və qadın batutçular arasında fərdi və sinxron cütlüklər proqramı üzrə qaliblər müəyyənləşəcək.

Qadın batutçuların fərdi yarışlarının final mərhələsində Azərbaycan təmsilçisi Selcan Mahsudova da çıxış edəcək.

Turnirdə Azərbaycanla yanaşı, 15 ölkədən 62 gimnastın fərdi və sinxron proqramda mübarizə aparır.

Batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda artıq altıncı dəfədir təşkil olunur.

Yarış zamanı idmançıların maraqlı və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/  saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti 10 manat təşkil edir.