logo

Cüdoçularımız İsrail  “Böyük dəbilqə”sində 4 medal qazanıblar

21:31 18-02-2023 | icon 1974
Cüdoçularımız İsrail  “Böyük dəbilqə”sində 4 medal qazanıblar

İsrailin Təl-Əviv şəhərində keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan milli yığma komandası 7 çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunub.

YeniAvropa xəbər verir ki, cüdoçularımız turnirdə 1 qızıl, 2 gümüş, 1 bürünc medal əldə ediblər.

Yarışın ilk günündə -66 kiloqram çəkidə mübarizə aparan cüdoçu Orxan Səfərov gümüş medal əldə edib.

Turnirin sonuncu günündə -90 kiloqram çəkidə Məmmədəli Mehdiyev bürünc medal, -100 kiloqram çəkidə Zelim Kotsoyev qızıl medal, +100 kiloqram çəkidə Uşanqi Kokauri isə gümüş medal əldə edib.

Azərbaycan medal əyarına görə ümumi hesabda 5-ci yeri, kişilər arasında isə 2-ci yeri tutub.