logo

Bakıda 20 yaşlı qız itkin düşüb

13:53 17-02-2023 | icon 910
Bakıda 20 yaşlı qız itkin düşüb

Bakıda 20 yaşlı qız itkin düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Xəzər rayonunun Binə qəsəbəsində yaşayan N.İsmayılov rayon polis idarəsinin 3-cü polis şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, bu il yanvarın 24-də saat 14:00 radələrində qızı 2003-cü il təvəllüdlü Əfsanə yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri: boyu 160 santimetr, gözlərinin rəngi qəhvəyi, saçları qaradır. Əfsanə evdən çıxan zaman əynində qara rəngli gödəkcə, qara cins və qara idman ayaqqabısı olub. Bu şəxs barəsində hər hansı məlumatı olan şəxslərin Xəzər Rayon Polis Şöbəsinin 3-cü polis şöbəsinə - 055-211-81-74, 051-571-03-11, 050-257-55-55, 012-590-72-03 və 012-456-03-02 telefon nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.