logo

Bakıda keçiriləcək dünya kubokunda 16 ölkədən 62 gimnast iştirak edəcək

12:32 17-02-2023 | icon 1526
Bakıda keçiriləcək dünya kubokunda 16 ölkədən 62 gimnast iştirak edəcək

Fevralın 18-də Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku yarışlarına start veriləcək.

YeniAvropa xəbər verir ki, turnirdə ölkəmizi Selcan Mahsudova təmsil edəcək.

Böyüklər arasında təşkil olunacaq yarışda Azərbaycanla yanaşı, 16 ölkədən 62 gimnastın fərdi və sinxron proqramda çıxışı gözlənilir.

Batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda artıq altıncı dəfədir ki, təşkil olunur.

İki gün davam edəcək yarış zamanı idmançıların maraqlı və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir.