logo

Siyəzəndə ağır avtoqəza: 3 nəfər ölüb,xeyli yaralı var

09:33 17-02-2023 | icon 9653
Siyəzəndə ağır avtoqəza: 3 nəfər ölüb,xeyli yaralı var

Siyəzəndə baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı 3 nəfərə çatıb.

YeniAvropa xəbər verir ki,  hadisə fevralın 17-si səhər saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu kilometrliyində Siyəzən rayonu Beşdam kəndi ərazisində baş verib.

"Mercedes Vito" markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Mercedes”də olan sərnişinlərdən 2 nəfər hadisə yerində ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, xəsarət alanlardan daha biri xəstəxanada ölüb.

İlkin məlumata görə, "Mercedes Vito" markalı avtomobildə olanlar Sumqayıt və Bakı şəhərindən Siyəzənə gələn müəllimlər olub.

Hadisə şahidləri ölənlərdən birinin Məşrif, digərinin isə Qozağacı kənd məktəbində dərs deyən müəllimlər olduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.