logo

DİM abituriyentlər üçün ixtisas seçiminin vaxtını uzadıb

19:49 13-08-2018 | icon 3724
DİM abituriyentlər üçün ixtisas seçiminin vaxtını uzadıb

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmaq üçün tələb edilən müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçiminin vaxtı avqustun 14-ü saat 10.00-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya  bildiriblər ki, avqustun 13-ü saat 16.55-ə olan məlumata görə 44 min 558 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. İki yüz abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib.

İxtisasları seçib hələ təsdiqləməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə tövsiyə olunur ki, göstərilən tarixədək ərizələrini təsdiqləsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ndə ixtisasları seçmiş və təsdiqləmiş abituriyentlər buraxılacaqlar.