logo

Klublararası dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək

14:54 15-02-2023 | icon 1225
Klublararası dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək

2023-cü ilin dekabrında keçiriləcək futbol üzrə klublararası dünya çempionatına Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək.

YeniAvropa xəbər verir ki, ölkə XXI əsrdə ilk dəfə irimiqyaslı turnirə ev sahibliyi edəcək.

Səudiyyə Ərəbistanı 2030-cu ildə baş tutacaq dünya çempionatını da keçirmək niyyətindədir. Ölkə rəhbərliyi Yunanıstan və Misirlə birgə ərizə verməyi planlaşdırır.