logo

Sinoptiklərdən Bakıda güclü külək xəbərdarlığı

19:20 14-02-2023 | icon 826
Sinoptiklərdən Bakıda güclü külək xəbərdarlığı

Fevralın 14-ü günün ikinci yarısından 16-sı səhərədək Bakıda və Abşeron yarımadasında tez-tez cənub küləyinin şimal küləyi ilə əvəzlənəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23 metrədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya  verilən məlumata görə, fevralın 14-ü gündüzdən 16-sı səhərədək əsasən ölkənin dağlıq və dağətəyi rayonlarında qərb küləyinin arabir 20-25 metr/saniyəyədək güclənəcəyi proqnozlaşdırılır.