logo

Ucarda TIR mikroavtobusla toqquşub: ölən və yaralanan var

11:55 14-02-2023 | icon 7686
Ucarda TIR mikroavtobusla toqquşub: ölən və yaralanan var

Ucarda iritutumlu yük avtomobilinin mikroavtobusla toqquşması nəticəsində ölən və yaralılar var.

YeniAvropa xəbər verir ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistral avtomobil yolunun Ucarın Çiyni kəndindən keçən hissəsində baş verib. İlkin məlumatlara görə, Şəmkir rayon sakini, 64 yaşlı Şəmistan İsayevin idarə etdiyi mikroavtobusla Abşeron rayon sakini, 61 yaşlı Asif Hüseynovun idarə etdiyi TIR toqquşub.

Qəza nəticəsində Şəmkir rayon sakini, 27 yaşlı Orxan Abbasov hadisə yerində ölüb.

Avtomobildə olan digər 6 nəfər - sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir və Ucar Rayon Mərkəzi xəstəxanalarına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.