logo

Faktiki hava: Şimal bölgəsinə qar yağır

19:49 13-02-2023 | icon 826
Faktiki hava: Şimal bölgəsinə qar yağır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 13-ü saat 17:00-a olan məlumatına əsasən Zaqatala, Şəki və Balakəndə qar yağır.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, şimal-qərb küləyi əsib, arabir Zaqatalada saniyədə 25 , Balakəndə 24, Naftalan, Qobustan, Şəkidə 22, Daşkəsəndə 20, Ceyrançöl, Tovuz, Gəncədə 18, Bakıda və Abşeron yarımadasında 20 metrədək güclənib.