logo

“AÇG” və “Şahdəniz”dən indiyədək 390 milyard m3 qaz hasil edilib

13:53 13-02-2023 | icon 1092
“AÇG” və “Şahdəniz”dən indiyədək 390 milyard m3 qaz hasil edilib

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il fevralın 1-dək bu yataqlardan ümumilikdə 390 milyard m3-dək təbii qaz hasil edilib. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin Energetika Nazirliyindən bildirilib. Qeyd edilib ki, hasil edilən qazın 204,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”,  185 milyard kubmetri isə “Şahdəniz” yatağının payına düşür. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 130 milyard kubmetrə yaxın həcmi ixraca nəql edilib.

2023-cü ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay Azərbaycanda 4,2 milyard kubmetr təbii qaz hasil edilib.

Qazın 1,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 2,3 milyard kubmetri “Şahdəniz”dən, 0,8 milyard kubmetri SOCAR üzrə hasil olunub.

2022-ci ilin müvafiq dövrünə nisbətən 4 faiz, yəni 162 milyon kubmetr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı 2,2 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur. Cari ilin yanvar ayında Avropaya 1 milyard kubmetr, Türkiyəyə 0,9 milyard kubmetr, Gürcüstana isə 0,3 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,5 milyard kubmetrə yaxın qaz nəql olunub.