logo

25,4 kq narkotik vasitə götürülüb

13:13 13-02-2023 | icon 714
25,4 kq narkotik vasitə götürülüb

Polis əməkdaşlarının fevralın 11-də və 12-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 25,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 15,2 kiloqramdan artıq heroin, 10 kiloqramdan çox marixuana, 50 qram tiryək, həmçinin 60 qrama yaxın metamfetamin və 415 ədəd metadon həbləri olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.