logo

Tibbi xidmətlər “ƏDV geri al” mexanizminə qoşulub

12:32 13-02-2023 | icon 994
Tibbi xidmətlər “ƏDV geri al” mexanizminə qoşulub

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən biri də tibb müəssisələrində göstərilən xidmətlərə görə ödənilən vəsaitlərdən ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlıdır.

Dövlət Vergi Xidmətindən YeniAvropa-ya bildirilib ki, mövzunu vergi mütəxəssisi İlqar Əsədov şərh edib.

Onun sözlərinə görə, dəyişikliyin mahiyyəti tibbi xidmətlər üçün ödənilmiş ƏDV-nin "ƏDV geri al" mexanizminə qoşulmasıdır.

Beləliklə, 2022-ci il yanvarın 1-dən tibb müəssisələrinin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV məbləğinin nağd ödənişlər zamanı 10 faizinin, nağdsız ödənişlər zamanı 15 faizinin geri qaytarılması Vergi Məcəlləsinin 165.5-ci maddəsi ilə təsbit olunub. Məcəlləyə edilən son dəyişikliklərə əsasən, nağdsız qaydada ödənilmiş ƏDV məbləğinin 17,5 faizi geri qaytarılır.

2022-ci ildə "Nağdsız hesablaşmalar haqqında" Qanuna edilmiş dəyişikliyə əsasən, tibb müəssisələrinin göstərdiyi tibbi xidmətlərin dəyəri 500 manatdan artıq olduqda ödəniş nağdsız edilməlidir.

Cərrahiyyə əməliyyatlarının tibbi xidmətlərə aid olduğunu, habelə formalaşmış qiymətlərə əsasən belə xidmətin dəyərinin, adətən 500 manatdan artıq olduğunu nəzərə alsaq, hazırkı hüquqi şərtlərə əsasən, belə xidmətlər üçün nağdsız ödənilmiş ƏDV-nin 17,5 faizinin geri qaytarılması mümkündür.