logo

Ötən ay Azərbaycanda 2,7 milyon ton neft, 4,2 milyard m3 qaz hasil edilib

11:55 13-02-2023 | icon 987
Ötən ay Azərbaycanda 2,7 milyon ton neft, 4,2 milyard m3 qaz hasil edilib

Cari ilin yanvar ayında Azərbaycanda hasil edilmiş 2,7 milyon ton neftin 2,1 milyon tonu ixrac olunub.

YeniAvropa xəbər verir ki, bu barədə  energetika naziri Pərviz Şahbazov məlumat verib. 

Nazir, həmçinin bildirib ki, yanvarda 4 faiz artımla hasil edilmiş 4,2 milyard kubmetr qazın 2,2 milyard kubmetri ixraca göndərilib.