logo

Türkiyədə zəlzələdən xəsarət alan 10 uşaq və 12 ailə üzvü müalicə üçün Azərbaycana gətirilib

10:30 13-02-2023 | icon 742
Türkiyədə zəlzələdən xəsarət alan 10 uşaq və 12 ailə üzvü müalicə üçün Azərbaycana gətirilib

Fevralın 10-da Türkiyədən Azərbaycana gətirilən vətəndaşlar arasından 10 uşaq və 12 böyük, ümumilikdə 6 ailə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, gələn 10 uşaqdan 6-sı oğlan, 4-ü isə qızdır: "Ən kiçiyi 8 günlük, ən böyüyü 14 yaşındadır. Xəstəxanaya daxil olan şəxslər dərhal onlar üçün ayrılan palatalara yerləşdirilib, hərtərəfli laborator-instrumental müayinələrə başlanılıb və bu gün artıq müayinələr bitmək üzrədir. Müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sığınacağa göndəriləcəklər".