logo

Zelenski Türkiyə səfirliyində gələrək başsağlığı verib

22:14 11-02-2023 | icon 1267
Zelenski Türkiyə səfirliyində gələrək başsağlığı verib

Ukrayna prezidenti Volodimir Zelenski və Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak zəlzələ ilə əlaqədar başsağlı vermək üçün Türkiyə səfirliyində olublar.

YeniAvropa xəbər verir ki, bu barədə ölkənin Prezident Ofisi məlumat yayıb.

Dövlət başçısı səfirliyin önünə gül qoyub və matəm kitabına yazı yazıb.

“Şəxsən öz adımdan və Ukrayna xalqı adından səmimi başsağlığımı qəbul edin. Bir anda bu qədər insanın həyatına son qoyan dəhşətli faciə ürəyimizdə dərin ağrı ilə əks-səda verdi. Türk xalqının dərdini paylaşır, bu çətin gündə yardım edirik. Ölənlərin ruhu şad olsun. Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”, - ölkə lideri bildirib.