logo

Siyəzəndə baş verən qəzada ölənlərin sayı 4-ə çatıb

21:51 11-02-2023 | icon 791
Siyəzəndə baş verən qəzada ölənlərin sayı 4-ə çatıb

Siyəzən rayonunda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb.

YeniAvropa xəbər verir ki,  rayon sakini, "Audi" markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu Siyəzən Regional Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində dünyasını dəyişib. 

Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki,bu gün  saat 15:20 radələrində Siyəzən rayonu Heydər Əliyev küçəsində ağır avtoqəza baş verib. 

Belə ki, Şabran rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu idarə etdiyi “Audi” markalı, 99-DN-744 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində hərəkətdə olarkən idarəetməni itirərək yolun hərəkət hissəsində kənarda dayanan “Mercedes” markalı, 99-BB-340 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb. Baş verən avtoqəzada  3 nəfər ölüb, 2-si yaralanıb.