logo

CHP-nin sabiq sədri Dəniz Baykal 84 yaşında vəfat edib

12:12 11-02-2023 | icon 1176
CHP-nin sabiq sədri Dəniz Baykal 84 yaşında vəfat edib

Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri, Antalyadan millət vəkili Dəniz Baykal Ankarada 84 yaşında vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Dəniz Baykal 1938-ci ildə Antalyada doğulub. Müxtəlif dövrlərdə Türkiyənin maliyyə naziri, enerji və təbii sərvətlər naziri, xarici işlər naziri vəzifəsində çalışıb. 2000-ci ildən 2010-cu ilə qədər CHP-nin sədri olub.