logo

Türkiyədə zəlzələ qurbanlarının sayı 20 min nəfəri ötüb

21:52 10-02-2023 | icon 1708
Türkiyədə zəlzələ qurbanlarının sayı 20 min nəfəri ötüb

Türkiyədə zəlzələ nəticəsində 20 min 213 nəfər həlak olub, 80 min 052 nəfər yaralanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.