logo

Balaxanıda şüşə tullantılarının qəbul məntəqəsi istifadəyə veriləcək

17:57 10-02-2023 | icon 1169
Balaxanıda şüşə tullantılarının qəbul məntəqəsi istifadəyə veriləcək

Bu yaxınlarda şüşə tullantılarının qəbul məntəqəsi istifadəyə veriləcək. İlk növbədə Balaxanıda tullantı poliqonunun yaxınlığında yaradılacaq məntəqədə qəbul həyata keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov nazirliyin "Facebook" səhifəsində yayımlanan “Ekspert saatı” verilişində deyib.

F.Mütəllimov bildirib ki, bundan sonra şəhərin bir neçə ərazisində, eyni zamanda, Xırdalan şəhərində də belə bir qəbul məntəqələrinin açılması planlaşdırılır.