logo

Moldovada hökumət böhranı:Baş nazir istefa verdi

15:55 10-02-2023 | icon 1428
Moldovada hökumət böhranı:Baş nazir istefa verdi

Moldovanın baş naziri Natalya Qavrilitsa istefa verdiyini bəyan edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,o bu barədə mətbuat-konfransında bəyan edib. 

Natalya Qavrilitsa jurnalistlərə qərarının səbəblərini açıqlamayıb.

Baş nazir qeyd edib ki, fəaliyyəti dövründə onun rəhbərlik etdiyi hökumət Dnestryanı bölgədə sakitliyi qoruyub saxlaya bilib, qaçqın böhranı və qaz problemini həll edib, maaşları qaldırıb, Avropaya inteqrasiya məsələsində irəliləyişə nail olub.

Natalya Qavrilitsa ölkə vətəndaşlarını Avropaya inteqrasiya kursunu və demokratik dəyərləri davam etdirməyə çağırıb.